"Qarabağ" "Ferentsvaroş"la heç-heçə etdi - Yenilənib

 "Qarabağ" "Ferentsvaroş"la heç-heçə etdi -  Yenilənib
  03 Avqust 2022    Oxunub:1822
"Qarabağ" bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxıb.
AzVision.az xəbər verir ki, Ağdam klubu Macarıstan "Ferentsvaroş"unu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında avqustun 9-da Budapeştdə keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

***
Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

AzVision.az xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

***

Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.

AzVision.az xəbər verir ki, 34-ci dəqiqədə "köhlən atlar"ın hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib - 1:1.

***

Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

AzVision.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada qonaqlar önə keçib. Frank Boli 17-ci dəqiqədə fərqlənib.

***
"Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

AzVision.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Matçı Andreas Ekberqin başçılıq etdiyi isveçli hakimlər briqadası idarə edir.

***
Bakıda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Macarıstan "Ferentsvaroş"unun start heyətləri açıqlanıb.


AzVision.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

"Ferentsvaroş": 90. Deneş Dibus, 3. Sami Mmae, 4. Mats Knuster, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 70. Frank Boli, 93. Aissa Laiduni

Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 5. Muhamed Beşiç, 15. Adnan Kovaçeviç, 19. Balint Veçei, 23. Lorand Paska, 25. Rasmus Telander, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş

Baş məşqçi: Stanislav Çerçesov

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti