"Dünənki əməliyyatda peykimiz bir işə yaramadı" - Hoxikyan

   "Dünənki əməliyyatda peykimiz bir işə yaramadı" -    Hoxikyan
  04 Avqust 2022    Oxunub:833
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı reallaşdırılan uğurlu "Qisas" cavab əməliyyatı erməni cəmiyyətini məyus edib. Yerli media, sosial şəbəkələrin erməni seqmenti İrəvanın Qarabağ ərazilərində olan tör-töküntülərinə uğurlu şəkildə hərbi dəstək ola bilməməsindən gileylənir.
"Artsax bayrağı"nızı yığışdırıb Ermənistana qayıdın" - Sülhməramlı
Məsələn, ermənilərin tanınmış media eksperti, jurnalist Nairi Hoxikyan yazıb ki, İkinci Qarabağ müharibəsinin bitməsindən 2 il keçsə də Ermənistan hərbi məsələlərdə heç cürə özünə gələ bilmir.

- Hərbi məntiqə görə peyki olan Ermənistan indi Azərbaycanın mövqelərinin koordinatlarını müəyyənləşdirməli və düşmənin həmin atəş nöqtələrini hava hücumundan müdafiə sistemlərinin yerini tapmalı idi. O zaman sual yaranır, erməni peyki kosmosda nə işi görür? Əlbəttə əgər o nəsə bir işlə məşğul deyil, - Hoxikyan gileylənib.

Saytlardan birində gedən məqalədə isə qeyd edilir ki, əslində bu cür peyklər ancaq keyfiyyətsiz torpaq çəkilişləri aparıb kənd təsərrüfatı təyinatlı işlərlə məşğul ola bilər. Azərbaycanın keçirdiyi əməliyyatlarda Paşinyanın kosmosa buraxdığı peykə bel bağlamaq olmaz.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Peyk   Ermənistan  





Xəbər lenti