Kraliçanın Puşkinin nəslindən olan dostu 98 yaşında öldü - FOTOLAR

 Kraliçanın Puşkinin nəslindən olan dostu 98 yaşında öldü -  FOTOLAR
  04 Avqust 2022    Oxunub:1033
İngiltərə Kraliçasının uşaqlıq dostu Ledi Mayra Batter vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilir ki, Çar I Nikolayın və məşhur şair Aleksandr Puşkinin nəslindən sayılan Ledi Batter 98 yaşında Londonda vəfat edib.

O 1925-ci ildə Edinburqda ser Harold Verner və I Nikolayın böyük nəvəsi qrafinya Anastasiya Torbinin ailəsində anadan olub.

Batter uzun illər kraliçanın yaxın rəfiqəsi sayılıb. 2021-ci ildə "The Telegraph"a müsahibə verərkən deyib ki, əlahəzrətlə uşaqlıqda idman tədbirlərində birlikdə iştirak edərkən tanış olub. Ledi Butter II Elizabet haqqında danışarkən "çox yaxşı yumor hissi va rki, bunu ömrü boyu qoruyub saxlayıb" deyib.

Mayra 2022-ci ilin əvvəlində başqa bir mövzu ilə bağlı da qəzetlərin manşetinə çıxşmışdı. O, Rusiya hakimiyyətindən aldığı "Puşkin medalı"nı geri qaytararmışdı. Batter Rusiya və Şotlandiya tələbələri arasında əlaqələrin qurulmasında və məktəblərdə yazılı ingilis dilinin təkmilləşdirilməsində əməyinə görə bu mükafatı almışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti