Sumqayıtda Şrilanka vətəndaşının kamerası oğurlandı

Sumqayıtda Şrilanka vətəndaşının kamerası oğurlandı
  04 Avqust 2022    Oxunub:780
Sumqayıtda Şrilanka vətəndaşına qarşı cinayət törədilib.
Hadisə şəhər ərazisində yerləşən “Olimpiya İdman Kompleksi” otelində qeydə alınıb.

Şrilanka vətəndaşı Hikkaduş Liyange Danuth Priyamanthayanın yaşadığı otağa girən naməlum şəxs turistə məxsus videokameranı oğurlayıb.

Turist bu barədə polisə məlumat verib.

Həyata keçirilən tədbirlər nəticəsində əcnəbini kamerasını oğurlayan şəxsin Orxan Abdullayev olması müəyyən edilərək saxlanıb.


Teqlər:





Xəbər lenti