Azərbaycanın Londondakı Səfirliyinə radikal dini dəstə hücum edib

 Azərbaycanın Londondakı Səfirliyinə radikal dini dəstə hücum edib
  04 Avqust 2022    Oxunub:983
Azərbaycan Xarici İşlər Nazirliyi Londondakı səfirliyə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
Səfirliyimizə hücum edənlər kimdirlər və nə istəyirlər?

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.


Teqlər:   Təxribat  







Xəbər lenti