“Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi

   “Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi
  05 Avqust 2022    Oxunub:417
“Sputnik-Azərbaycan”ın rus dili versiyasının redaktorları dünən tam tərkibdə istefa veriblər.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”ın redaktorları sosial şəbəkədə məlumat yayıblar.

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva feysbuk paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik"də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazıblar.

Belə ki, redaktorlardan Müdafiə Nazirliyinin “Qisas” əməliyyatı ilə bağlı Azərbaycanın rəsmi mövqeyini təkzib edən Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatını vermək tələb olunub. Adıçəkilən redaktorlar isə bundan imtina edərək istefa ərizələri yazaraq rəhbərliyə təqdim ediblər.

AzVision.az

Teqlər:







Xəbər lenti