"Avropa Türkiyəyə minnətdar olmalıdır" - Putin

   "Avropa Türkiyəyə minnətdar olmalıdır" -    Putin
  05 Avqust 2022    Oxunub:367
"Avropa Rusiyadan təbii qazın fasiləsiz axınına görə Türkiyəyə minnətdar olmalıdır".
AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.

Putin Ərdoğanla regional məsələlərin, xüsusilə Suriya böhranının da müzakirə ediləcəyini bildirib.

Putin Türkiyənin burada vəziyyətin normallaşmasına ciddi töhfə verdiyini vurğulayıb.

Rusiya Prezidenti həmçinin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

“Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı bildirmək istəyirəm”.

AzVision.az

Teqlər:







Xəbər lenti