“Rusiyaya Ermənistanın dərin ekzistensial təhlükədə olması lazımdır” – Səfəryan

   “Rusiyaya Ermənistanın dərin ekzistensial təhlükədə olması lazımdır” –    Səfəryan
  05 Avqust 2022    Oxunub:906
“Dünən Dmitri Medvedevin “VKontakte” sosial şəbəkəsindəki səhifəsinin sındırıldığı və orada tezliklə Sovet İttifaqının bərpa olunacağı yazıldığı bildirilib”.
AzVision.az xəbər verir ki, bunu erməni ictimai xadim Styopa Səfəryan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, oyun təsəvvür etdiyinizdən daha təhlükəli və faciəlidir.

“Bir neçə gün əvvəl Rusiyanın müdafiə naziri Şoyqu bəyan etmişdi ki, tezliklə “ölkələri əvvəlki kimi ən böyük olacaq”. O, açıq şəkildə dedi... Və bunun üçün Rusiyaya Ermənistanın dərin ekzistensial təhlükədə olması lazımdır.

Həll yolları çox qlobal olmalı, vəziyyət Ermənistanın bütün real tərəfdaşlarına izah edilməlidir... Əks halda Rusiyanın bu günlərdə və son saatlarda cavabı zarafat olmaz... Bu da təsadüfi deyil”, - deyə Səfəryan bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti