"Brüsseldə İlham Əliyevlə Paşinyan arasında görüş olacaq" - Şarl Mişel

   "Brüsseldə İlham Əliyevlə Paşinyan arasında görüş olacaq" -    Şarl Mişel
  06 Avqust 2022    Oxunub:1280
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel öz "Twitter" səhifəsində elan edib.

O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyilşin əldə olunması mühüm əhəmiyyət daşıyır.

"Aİ Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir", - deyə o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti