"Uşaqlarımız döyüşəndə komandir 17 kilometr arxada gizlənib" - Erməni əsgər atasının etirafı

"Uşaqlarımız döyüşəndə komandir 17 kilometr arxada gizlənib" -  Erməni əsgər atasının etirafı
  10 Avqust 2022    Oxunub:1918
Bir qrup erməni İrəvanda Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirir. Övladları İkinci Qarabağ müharibəsi zamanı öldürülmüş narazı valideynlər komandir Pavlik Karamyanla görüş tələb edirlər. Valideynlərdən biri jurnalistlərə açıqlamasında maraqlı fikirlər səsləndirib.
Erməni valideynlər Müdafiə Nazirliyinin qarşısında aksiya keçirirlər - CANLI
Bir daha məlum olub ki, döyüşlər zamanı erməni komandirlər əsgərləri qabağa verərək özləri qaynar nöqtədən arxada gizlənirlərmiş.

- Oktyabrın 27-də tağım komandiri Suren Vaanyanı öldürdülər. Bundan sonra oğlanlar üç gün komandirsiz qalıblar. Onlara kömək də gəlməyib. Həmin əsgərlər isə bir-bir öldürülüblər. Niyə belə oldu? Bütün bunlara görə kim cavab verməlidir?,- ölən əsgərlərdən birinin atası soruşub.

Həmin vaxt batalyon komandiri olmuş Pavlik Karamayanın vəziyyətdən xəbəri olub-olmadığını soruşduqda isə valideyn belə cavab verib: “Bu məsələləri bəs batalyon komandiri bilməsəydi, kim biləcəkdi? O deyirdi ki, adamları köməyə göndəribmiş. Əgər həmin köməyə gələn qüvvə təyin olunan yerə çatmayıbsa, deməli oğlanlarımızın taleyi ilə barışmalarına, ölümün cənginə buraxmısınız".



O həmçinin qeyd edib ki, Pavlik Karamyana qarşı cinayət işi də açılıb və nəticədə heç nə baş verməyib, adam azadlıqda gəzir. Öldürülən əsgərin atası israrla Pavlikin valideynlərin qarşısına çıxmasını, suallara cavab verməsini tələb edib.

- Onun birinci dərəcəli “Döyüş Xaçı” aldığını eşitdik. Amma bunun nə üçün verildiyini bilmirik. Karamyandan soruşmaq istəyirik ki, sən medalı əldə etdinsə də, onu almaq üçün nə iş gördün axı? Uşaqlar döyüşdülər, canları bahasına yüksəkliyi saxladılar, amma siz 17 km geridə qaldınız,- narazı erməni qeyd edib.


Digər öldürülmüş əsgərin atası Şmavon Serobyan isə öz dövlətinə güvənmədiyini bəyan edib:
- Mən hələ aprel ayında eksqumasiyanın reallaşdırılmasını tələb etmişdim. Lakin bu günə qədər eksqumasiya aparılmayıb. Başqa kimdən tələb edə bilərəm ki? Mən bu dövlətə inanmıram. Çünki sistem tamamilə yalan üzərində qurulub. Belə də etmək olar ki, evimi satıb bu ölkəni tərk edim,- Serobyan deyib.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Qarabağ   Komandir  





Xəbər lenti