Tanınmış yazıçıya bıçaqla hücum edildi - VİDEO
Məlumata görə, təcavüzkar Rüşdini yumruq və ya bıçaqla vurmağa başlayıb, bundan sonra mühafizəçilər onu tutublar.
Nyu York Polis Departamenti yazıçının boynundan bıçaqlandığını bildirir. O, helikopterlə xəstəxanaya aparılıb. Hələlik yazıçının durumu haqqında heç nə məlum deyil.
2012-ci ildə İranın dini fondu yazıçının qətlinə görə 3,3 milyon dollar mükafat təyin edib. 1989-cu ildə İranın Ali Rəhbəri Ayətullah Xomeyni Rüşdinin öldürülməsinə fətva verib.
AzVision.az
Teqlər: