Şəhidlərimizin balaları döyüşçü ruhunda böyüdülür – FOTOLAR

   Şəhidlərimizin balaları döyüşçü ruhunda böyüdülür –    FOTOLAR
  15 Avqust 2022    Oxunub:431
“10 ildir sizinlə” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzi şəhidlərimizin əmanətlərini, idmançıları və qaziləri bir araya toplayıb. Güləş üzrə Olimpiya çempionlarımız Toğrul Əsgərov, Rəsul Çunayev və dünya çempionumuz Ağahüseyn Mustafayev “Cəngavərlər Meydanı”nda qəhrəman övladlarına milli güləşin sirlərini öyrədiblər.

Şəhidlərimizin milli geyimlərdə olan qız övladları isə cəngavər qardaşlarına qüvvət üçün qədimdən yaylaqlarda keçirilən güləş ənənələrinə uyğun olaraq qutablar hazırladılar.


“Mənim atam və mənim oğlum qəhrəmandır” layihələrinin təşkilatçısı, “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanov instaqram səhifəsində tədbirin görüntülərini paylaşaraq əlavə edib ki, hər zaman şəhid əmanətlərinin yanında olan Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinin rəhbərliyinə dərin təşəkkürlərini bildirir: “Döyüşçü ruhunda yetişdirilən qəhrəman balaları atalarının da ruhunu şad edirlər. Bunu tədbirin sonunda göydən nur kimi bir neçə dəqiqəlik yağan yağış da bizə hiss etdirdi”.








Teqlər:







Xəbər lenti