Çin Hind Okeanında möhkəmlənir – FOTO

   Çin Hind Okeanında möhkəmlənir –    FOTO
  18 Avqust 2022    Oxunub:1245
ABŞ-ın "Tayvan təxribatları" ilə mübarizə aparan Çin Hind okeanındakı Cibuti hərbi bazasını işə salmaqla geostrateji mövqeyini daha da gücləndirib.
Peyk görüntülərinə görə, Afrika Buynuzundakı baza artıq tam fəaliyyətə başlayıb və Çinin Hind okeanı bölgəsindəki döyüş gəmilərinə dəstək verəcək.


590 milyon dollara başa gələn baza Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən strateji Bab-ül-Məndəb boğazının yanında yerləşir və qarşı sahildəki Yəmənə baxır. Dolayı yolla beynəlxalq ticarətin ən kritik yollarından biri olan Süveyş kanalına da uzaqdan nəzarət edir.

Məhəmməd Əli
AzVision.az



Teqlər: Çin   ABŞ  





Xəbər lenti