Ukrayna müharibəsi delfinlərin kütləvi ölümünə səbəb olur - FOTOLAR

   Ukrayna müharibəsi delfinlərin kütləvi ölümünə səbəb olur -    FOTOLAR
  01 Sentyabr 2022    Oxunub:1664
Ukraynanın Odessa vilayətində növbəti dəfə ölü delfinlər aşkarlanıb. Delfinlərin kütləvi ölüm halları müharibənin yaratdığı fəsadlarla bağlıdır.
AzVision.az xəbər verir ki, bu barədə biologiya elmləri doktoru, “Tuzlovski Limanı” Milli Təbiət Parkının əməkdaşı İvan Rusev məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə həftədir ki, Qara dəniz çimərliklərdə ölü delfinlər üzə çıxır.

"Ötən gün biz qumlu sahildə və parkın ərazisində 4 ölü delfin tapdıq. İki ağburun delfin və üç azov delfini. Qara dənizin daha da şimalındakı sahildə olan dostlarımız, daha üç ölü ağburun delfin haqqında məlumat verib”, - Rusev deyib.

Onun sözlərinə görə, heyvanların iyulun üçüncü ongünlüyündə tələf olduğu ehtimal edilir. Alim qeyd edir ki, iyulun sonunda ruslar qanadlı raketlərlə yüklənmiş gəmi qruplarına daha bir sualtı qayıqla gücləndirilib. Onlar Qara dənizin şimal-qərb hissəsini mühasirəyə almağa davam etdilər.

Rusev xatırladıb ki, hidrolokatorlardan(sonar) istifadə heyvanların sağlamlığına mənfi təsir göstərən güclü səslər yaradır. Delfinlər gəmilərin naviqasiya alətlərinin radiasiya zonasına da düşürlər və bu onların exolokasiya rolunu oynayan orqanlarını sıradan çıxarır, güclü akustik travma alırlar.



Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti