Trampdan Baydenin iddialarına cavab: Dəlidir

   Trampdan Baydenin iddialarına cavab:    Dəlidir
  02 Sentyabr 2022    Oxunub:334
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp hazırkı dövlət başçısı Cozef Baydenin onu ekstremist adlandırmasına cavab olaraq onu dəli kimi xarakterizə edib.
Ağ Evin 45-ci rəhbəri cavabını sosial şəbəkədəki səhifədə yazıb. Bundan əvvəl Bayden xalqa müraciətində demişdi ki, sələfi Tramp və onun “Amerikanı yenidən möhtəşəm et” (MAGA) hərəkatının tərəfdarları Amerikanı təhdid edən ekstremizmi təmsil edirlər.

“Kimsə Co Baydenə MAGA-nın nə demək olduğunu izah etməlidir... əgər o, Amerikanı yenidən möhtəşəm etmək istəmirsə, sözlərinə, hərəkətlərinə və düşüncələrinə görə, istəmirsə, o zaman ABŞ-ı mütləq təmsil etməməlidir. Bayden Amerikanı təhdid edən qəzəbli və qəribə bir çıxış etdi. Bayden dəli olmalı və ya demensiya (ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsi – Red) əziyyət çəkməlidir”-deyə, o bildirib.

AzVision.az

Teqlər:







Xəbər lenti