Evdən qaçan qızı atası öldürdü - YENİLƏNİB

   Evdən qaçan qızı atası öldürdü -  YENİLƏNİB
  07 Sentyabr 2022    Oxunub:1196
Abşeron rayonunda qadının qətli ilə bağlı yeni təfərrüat məlum olub.
Məlumata görə, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də Ağsu rayonundan, ərinə məxsus evdən qaçaraq Abşeron rayonunda tanıdığı şəxsin evində qalıb.

Daha sonra onun atası Nazim Əliyev qızını axtarmağa başlayıb. Bu gün səhər saatlarında ata qızının yaşadığı evi taparaq onu öldürüb.

A.Abdullayevanın bir azyaşlı övladı olub.

Abşeron Rayon Prokurorluğunun məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb:

“Aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir”.

***

Ağsu Rayon Polis Şöbəsi tərəfindən itkin kimi axtarılan qadının öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Ağsu rayon sakini 33 yaşlı Aybəniz Abdullayeva Abşeron rayonunda qətlə yetirilib. Onun bu gün atası Nazim Əliyev tərəfindən öldürüldüyü müəyyənləşib.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti