"Məktəblilərimiz daha çox Azərbaycan və türk dillərini seçirlər" - Erməni nazir

"Məktəblilərimiz daha çox Azərbaycan və türk dillərini seçirlər" -  Erməni nazir
  08 Sentyabr 2022    Oxunub:853
Ermənistanda orta məktəb şagirdləri istəyə bağlı fənlər kimi Azərbaycan və türk dillərini öyrənməyi seçirlər. AzVision.azxəbər verir ki, bunu təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
- 44 günlük müharibə zamanı əmin olduq ki, düşmən erməni dilində hansı səviyyədə danışır. Onlar Azərbaycan məktəblərində erməni dilini oxuyub və öyrənməkdə davam edirlər, - nazir qeyd edib.

Onun sözlərinə görə, nazirlik vətəndaşlara öz istəyinə uyğun olaraq orta məktəblərdə Azərbaycan və türk dillərinin, əsas dil kimi isə gürcü və fars dillərinin öyrənilməsini təklif edib.

Dumanyan onu da vurğulayıb ki, tələbələrin əksəriyyəti təhsillərində məhz türk və azərbaycan dillərini seçirlər. Bu isə ona görədir ki, Azərbaycanda da erməni dili öyrənidilir.

Xatırladaq ki, Ermənistanın bütün məktəblərində 2-ci sinifdən rus dili, eləcə də istənilən digər xarici dil (ingilis, fransız və ya alman) tədris olunur. Artıq ölkə məktəbləri tədris üçün üçüncü xarici dili də seçə biləcəklər. Əsas diqqət region ölkələrinin - İran, Azərbaycan, Gürcüstan və Türkiyənin dillərinə verilir.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti