Naxçıvanla əlaqəmiz maneəsiz olacaq – Ədalət Verdiyevin yazısı

   Naxçıvanla əlaqəmiz maneəsiz olacaq –    Ədalət Verdiyevin yazısı
  09 Sentyabr 2022    Oxunub:2180
Azərbaycanın Naxçıvanla dəmir yolu əlaqəsi mütləq olacaq, özü də Vətən Müharibəsinə qədər mövcud olan ərazidən keçəcək. Dəmir yolunun çəkilişinin sürətlə davam etməsi barədə Xudafərinə səfərimdən dərhal sonra yazmış və video da paylaşmışdım. Naxçıvana avtomobil yolu isə hələ də müzakirə olunur, amma Azərbaycan həmin yolun ərazimizdən keçən hissəsinin çəkilişini də davam etdirir.
Ermənistan Azərbaycana Naxçıvanla əlaqə üçün ərazisindən dəhliz deyil, yol verəcəksə, alternativ Laçın yolu da eyni statusda fəaliyyət göstərəcək. Amma istənilən halda Naxçıvanla Azərbaycanın əlaqəsi maneəsiz olacaq. Ermənilərin Xankəndi ilə əlaqəsi isə maneəsiz olmayacaq.


Məğlub Ermənistanın Naxçıvanla Azərbaycanın maneəsiz əlaqəsi barədə öhdəliyi Birgə Bəyanatda əksini tapır və İrəvanın bu şərtin altından yayınması mümkün deyil.

Əgər Ermənistan həmin öhdəlikdən qaçarsa, bu, Azərbaycan tərəfindən İrəvanın Birgə Bəyanatın şərtlərindən geri çəkilməsi kimi dəyərləndirilə bilər. Başqa sözlə desək, bu yayınma ərazidəki vəziyyəti erməni ordusunun 72 kənddən geri çəkildiyi 9 noyabr 2020-ci il tarixinə qaytara bilər. Belə bir vəziyyətin darmadağın Ermənistan ordusuna və Qarabağdakı erməni silahlılarına hansı faciələr vəd etməsinin isə geniş şərhə ehtiyacı yoxdur.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Zəngəzur-dəhlizi  





Xəbər lenti