Britaniya səfirliyində bayraqlar endirilib, matəm kitabı açılıb

   Britaniya səfirliyində bayraqlar endirilib,    matəm kitabı açılıb
  09 Sentyabr 2022    Oxunub:484
Kraliça II Elizabetin ölümü ilə bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin inzibati binası və səfirin iqamətgahında dövlət bayrağı endirilib. Eyni zamanda Kraliçanın ölümü ilə bağlı öz ürək sözlərini yazmaq istəyənlər üçün matəm kitabı açılıb.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “Tvitter” səhifəsində bildirilib. “Dünyanın müxtəlif ölkələrində yaşayan və öz hislərini bölüşmək istəyən şəxslər isə ürək sözlərini online açılan matəm kitabı yaza bilərlər”.

Qeyd edək ki, Kraliçanın ölümü ilə bağlı səfirlik tərəfindən hər hansı tədbirin keçirilməsi nəzərdə tutulmur.

AzVision.az



Teqlər:





Xəbər lenti