Azərbaycanda 337 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

Azərbaycanda 337 nəfər COVID-19-a yoluxub,    6 nəfər vəfat edib
  09 Sentyabr 2022    Oxunub:233
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 442 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 817 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 804 557 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 916 aktiv xəstə var. Bu günə qədər 9 849 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 159, bu günə qədər isə ümumilikdə 7 187 798 test icra olunub.

AzVision.az

Teqlər:







Xəbər lenti