Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

   Kəlbəcərdə mövqelərimiz  atəşə tutulub
  10 Sentyabr 2022    Oxunub:727
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti