Ukrayna beynəlxalq tərəfdaşlardan 18 milyard dollar alıb

Ukrayna beynəlxalq tərəfdaşlardan 18 milyard dollar alıb
  12 Sentyabr 2022    Oxunub:480
Fevralın 24-dən Ukrayna beynəlxalq tərəfdaşlardan təxminən 18 milyard dollar yardım alıb.
Bu barədə Ukrayna Maliyyə Nazirliyi bildirilib. Eyni zamanda, nazirik aylıq büdcə kəsirinin tam maliyyələşdirilmədiyini bildirib. Əsas donorlar arasında ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya, Fransa, İtaliyadır. Qeyd olunub ki, 5 milyard dollarlıq aylıq kəsir heç vaxt tam maliyyələşdirilməyib.

Bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal demişdi ki, ölkə 2023-cü ildə dövlət büdcəsinin kəsirini ayda 5 milyard dollardan 3 milyard dollara endirmək niyyətindədir. Şmıqal qeyd edib ki, 2022-ci ildə beynəlxalq dəstək ölkənin büdcə xərclərinin 40%-ni əhatə etməyə kömək edir.


AzVision.az


Teqlər:





Xəbər lenti