Gürcüstandan sərhəddəki vəziyyətlə bağlı açıqlama

   Gürcüstandan sərhəddəki vəziyyətlə bağlı açıqlama
  13 Sentyabr 2022    Oxunub:557
"Gürcüstan Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin dayandırılmasında son dərəcə maraqlıdır və vasitəçi rolunu oynamağa hazırdır".
AzVision.az xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirilən brifinqdə hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib. O qeyd edib ki, hamının əsas vəzifəsi silahlı münaqişəyə son qoymaqdır və Gürcüstan buna hər cür töhfə verəcək.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Hazırda Ermənistan tərəfindən təsdiqlənən ölü sayı 49 nəfərdir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O ölü sayının artacağını etiraf edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti