Ronaldo illik 240 milyon avronu rədd etdi

Ronaldo illik 240 milyon avronu rədd etdi
  13 Sentyabr 2022    Oxunub:224
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldoya Səudiyyə Ərəbistanı klubundan yüksək məbləğli təklif göndərilib.
AzVision.az "Mirror"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu portuqaliyalı oyunçuya ildə 240 milyon avro maaş təklif edib. Lakon Ronaldo onu avtomatik olaraq dünyanın ən çox maaş alan futbolçusu edəcək təklifi rədd edib.

Xəbərdə o da qeyd olunub ki, 37 yaşlı forvard ona verilən oyun müddətindən narazı olduğu üçün onun bu mövsümün sonuna qədər “Mançester Yunayted”dən ayrılmaq ehtimalı yüksək olaraq qalır.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal Ronaldonu yerli çempionata gətirmək istədiyini bildirmişdi.

AzVision.az

Teqlər:







Xəbər lenti