Ermənilərin 4 hərbçisi zərərsizləşdirilib, zenit topu məhv edilib

   Ermənilərin 4 hərbçisi zərərsizləşdirilib,   zenit topu məhv edilib
  14 Sentyabr 2022    Oxunub:469
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun təxribatlarına qarşı apardığı hərbi əməliyyata bağlı son məlumatlar açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə “Caliber” yazıb.

Bildirilib ki, saat 12:15-də səngərlərdə yerləşən qarşı tərəfin canlı qüvvəsi dəqiq atəşlə məhv edilib. Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin minaatan mövqeyində olan 4 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, 12:20-də Ermənistanın artilleriya mövqeyində KS-19 zenit topu, 12:28-də döyüş mövqeyindəki "KamAZ" markalı yük maşını məhv edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti