ÜST: "Koronavirus pandemiyasının sonu yaxınlaşır"

      ÜST:    "Koronavirus pandemiyasının sonu yaxınlaşır"
  14 Sentyabr 2022    Oxunub:195
Koronavirus pandemiyasının sonu yaxınlaşır.
AzVision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

"Keçən həftə COVID-19-dan həftəlik ölümlərin sayı 2020-ci ilin mart ayından indiyədək ən aşağı həddə çatıb. Biz hələ hədəfə çatmamışıq, lakin son yaxınlaşır", - Qebreyesus əlavə edib.

Eyni zamanda, ÜST rəhbəri dövlətləri 70% peyvəndlə əhatə olunma yolunda ən yüksək prioritet kimi ən riskli qrupların, o cümlədən tibb işçiləri və yaşlıların 100%-nin peyvənd edilməsinə təşviqə çağırıb.

AzVision.az

Teqlər:







Xəbər lenti