Moldovadakı diasporumuz Maya Sanduya müraciət etdi

   Moldovadakı diasporumuz Maya Sanduya müraciət etdi
  15 Sentyabr 2022    Oxunub:219
Moldovada yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistanın törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə Moldova rəsmilərinə və beynəlxalq təşkilatlara müraciət edib.
AzVision.az bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramovun imzası ilə Moldova Prezidenti Maya Sandu, ölkə parlamentinin sədri İqor Qrosu, BMT-nin və ATƏT-in Moldovadakı nümayəndəliyinə ünvanlanan müraciətdə Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Nəzərə çatdırılıb ki, Moldovada yaşayan Azərbaycan icması yaranmış vəziyyətə görə dərin narahatlıq hissi keçirir. Çünki beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə hər vəchlə mane olmağa çalışdığı açıq-aşkar göz önündədir.

MAK ölkə rəsmilərini və beynəlxalq qurumları Ermənistanın təcavüzkar siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində səylərini artırmağa və əməli addımlar atmağa çağırıb.

Qeyd edək ki, Azərbaycan icmasının bəyanatı Moldovanın https://www.jurnal.md xəbər saytında yerləşdirilib.

AzVision.az

Teqlər:







Xəbər lenti