Pakistanın baş nazirinin qulaqcıqla imtahanı - VİDEO

   Pakistanın baş nazirinin qulaqcıqla imtahanı -    VİDEO
  16 Sentyabr 2022    Oxunub:810
Pakistanın baş naziri Şahbaz Şərifin Rusiya prezidenti Vladimir Putinlə görüşündə tərcümə qulaqcığını taxa bilməməsi sosial mediada gündəm olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Şahbaz Şərif Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşüb. İki lider salamlaşıb yerlərində oturandan sonra Putin tərcüməçi qulaqcığını taxıb və Şərifə də taxmasını işarə edib.

Qulaqçığı taxa bilməyən Şərif zaldakılardan yardım istəyib. Şahbaza taxılan qulaqcıq saniyələr sonra yenidən yerə düşüb. Hadisə Putinin də gülümsəməsinə səbəb olub. Şərifin qulaqcığı yenidən taxıldıqdan sonra iki lider arasında görüş başlayıb.



Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti