Putindən xəbərdarlıq: “Nüvə silahından istifadə edəcəyik”

      Putindən xəbərdarlıq:    “Nüvə silahından istifadə edəcəyik”
  21 Sentyabr 2022    Oxunub:891
“Ukraynada hərbi əməliyyatın əsas məqsədi dəyişməz olaraq qalır. Məqsəd Donbasın azad olunmasıdır”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib. Onun sözlərinə görə, Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə edəcəyik.

"Qərbin məqsədi bizi parçalamaq, məhv etməkdir. Qərb anti–Rusiya siyasətində bütün sərhədləri keçib. Artıq Rusiyanın sərhədyanı ərazilərinə Qərb silahlarından zərbələr endirilir. NATO Rusiyanın cənubunda kəşfiyyat aparır".

AzVision.az


Teqlər:





Xəbər lenti