Eduard Məmmədova DİN-də vəzifə verildi

   Eduard Məmmədova DİN-də vəzifə verildi
  21 Sentyabr 2022    Oxunub:239
"Ağ Canavar" ləqəbli Azərbaycanlı peşəkar kikboksçu, polis polkovnik-leytenantı Eduard Məmmədov vəzifəyə təyin olunub. AzVision.az xəbər verir ki, o bu barədə özü məlumat verib.
Bildirib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

"Bu etimadı mənə göstərdiklərinə görə daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftahəddinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm.

Mən fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm!".

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti