"Səfərbərlik “xüsusi hərbi əməliyyat"ların başa çatmasıdır" - Alman politoloq

   "Səfərbərlik “xüsusi hərbi əməliyyat"ların başa çatmasıdır" -    Alman politoloq
  21 Sentyabr 2022    Oxunub:703
Rusiyada səfərbərliyin elan edilməsi prinsipcə, Ukraynada “xüsusi hərbi əməliyyat"ların başa çatmasıdır.
AzVision.az xəbər verir ki, bunu alman politoloq Andreas Umland Ukrayna mediasına açıqlamasında deyib. O qeyd edib ki, Moskva səfərbərliyə haqq qazandırmaq üçün guya Rusiya Federasiyasına “nüvə təhlükəsi” olması barədə ritorikaya da əl atıb.

- Bu (Rusiya Federasiyasındakı səfərbərlik - red.) prinsipcə, “xüsusi hərbi əməliyyatın” sonudur. Bu həm də Rusiya ritorikasında de-fakto müharibəyə keçiddir və birinci növbədə bütün bunlar ruslar üçün münaqişənin vəziyyətini dəyişir. Məncə, bu durum Ukrayna üçün çox şeyi dəyişməyəcək, - ekspert deyib.



Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Səfərbərlik   Ukrayna  





Xəbər lenti