Baş nazir: "Gələn il sosialyönlü xərclər bu illə müqayisədə 9,2 % çox olacaq"

      Baş nazir:    "Gələn il sosialyönlü xərclər bu illə müqayisədə 9,2 % çox olacaq"
  22 Sentyabr 2022    Oxunub:818
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsi layihəsində sosialyönlü xərclər 2022-ci illə müqayisədə 9,2 % çox nəzərdə tutulub.
AzVision.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov 2023-cü il üzrə dövlət və icmal büdcə layihələrinin, həmçinin sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş geniş iclasda bildirib.

O, əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayıb, qeyd edib ki, bu istiqamətdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi planlaşdırlıb.

Hökumət başçısının sözlərinə görə, əhalinin sağlamlığının qorunması, icbari tibbi sığortası, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə növbəti ildə səhiyyə sisteminin təminatına da diqqət artırılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti