Rusiyada kimlər səfərbərliyə cəlb olunmayacaq?

   Rusiyada kimlər səfərbərliyə cəlb olunmayacaq?
  23 Sentyabr 2022    Oxunub:839
Müəyyən yüksək texnologiyalı sənaye sahələrinin, habelə Rusiyanın maliyyə sisteminin fəaliyyətini təmin etmək üçün müvafiq ixtisaslar və təlim sahələri üzrə ali təhsilli vətəndaşların qismən səfərbər edilməsi çərçivəsində hərbi xidmətə çağırılmaması barədə qərar qəbul edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən qeyd olunduğu kimi, informasiya texnologiyaları (İT), informasiya və rabitə sahəsində çalışan bəzi kateqoriyalı vətəndaşların səfərbərliyə cəlb edilməyəcək.

Bundan əlavə, Müdafiə Nazirliyi bildirib ki, söhbət Rusiya telekommunikasiya operatorlarında çalışan və rabitə vasitələrinin, məlumatların emalı mərkəzlərinin, sabitliyin, təhlükəsizliyinin və fəaliyyətinin bütövlüyünün təmin edilməsində iştirak edən ali təhsilli vətəndaşlardan gedir. Həmçinin kütləvi informasiya vasitələri məhsullarının istehsalı və və ya yayılması ilə məşğul olan şəxslər də bu kateqoriyaya aitdir.

Milli ödəniş sisteminin və maliyyə bazarı infrastrukturunun dayanıqlığını, bank likvidliyinin idarə edilməsini, nağd pul dövriyyəsini təmin edən təşkilatlarda çalışan vətəndaşlar da səfərbərliyə cəlb edilmir.

Rusiyada prezidentin fərmanı ilə sentyabrın 21-dən qismən səfərbərlik elan edilib. Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Ukraynada 1000 kilometrlik təmas xəttinə və azad edilmiş ərazilərə nəzarət etmək lazımdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti