Rusiya nüvə zərbəsi üçün hədəfləri seçib – Britaniya kəşfiyyatı

   Rusiya nüvə zərbəsi üçün hədəfləri seçib –    Britaniya kəşfiyyatı
  28 Sentyabr 2022    Oxunub:15783
Britaniyanın “MI-6” kəşfiyyat xidmətinin hökumətə təqdim etdiyi məlumata görə, işğal etdiyi əraziləri özünə birləşdirəndən sonta Rusiya Ukraynaya mərhələli ultimatumlar verməyə hazırlaşır.
Əgər ilhaq baş tutandan sonra Ukrayna Ordusu hərbi əməliyyatları dayandırmasa, onda birinci mərhələdə iki həftə ərzində Ukraynanın bütün enerji infrastrukturu sıradan çıxarılacaq. İkinci mərhələdə isə taktiki nüvə silahı ilə zərbələr endiriləcək.


“AzVision” Ukraynanın “rezident” teleqram kanalına istinadla xəbər verir ki, Britaniya kəşfiyyatının məlumatına görə, artıq Kreml bu planı güc orqanları ilə razılaşdırıb. Nüvə zərbələri üçün ilkin olaraq bir neçə obyekt seçilib. Onlardan biri Yarovoy poliqonudur. Güman ki, Rusiya niyyətinin ciddi olduğunu sübut etmək üçün öncə poliqona bomba atacaq.

“Rezident” Ukrayna hökumətindəki mənbələrə istinadla bildirir ki, Zelenskinin bu haqda məlumatı var. O, nüvə təhdidindən qorxmur və hərbi kampaniyanı davam etdirmək niyyətindədir.

Qərb ölkələri də bu haqda kəşfiyyat məlumatlarını sakit qarsalayıblar. Avropadakı Amerika qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hodces bildirib ki, əgər Rusiya taktiki nüvə silahı işlətsə, ABŞ Qara dəniz donanmasını tamamilə məhv edəcək.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Nüvə   Kəşfiyyat  





Xəbər lenti