Tacikistan Əfqanıstana 120 min insan üçün un göndərdi

Tacikistan Əfqanıstana 120 min insan üçün un göndərdi
  29 Sentyabr 2022    Oxunub:850
Tacikistan Əfqanıstana humanitar yardım olaraq 1000 ton un göndərib.
AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə axşamı BMT-nin Ümumdünya Ərzaq Proqramının saytında məlumat verilib.

"Tacikistan hökuməti Əfqanıstana 1000 tondan çox buğda unu göndərib. Bu humanitar yardım BMT-nin Ümumdünya Ərzaq Proqramı vasitəsilə verilib və bu ölkənin 120 min ehtiyacı olan vətəndaşı arasında paylanıb", - deyə hesabatda deyilir.

AzVision.az





Teqlər:





Xəbər lenti