Duma Ukraynanın ilhaq olunan vilayətləri ilə bağlı sazişi təsdiqlədi

  Duma Ukraynanın ilhaq olunan vilayətləri ilə bağlı sazişi təsdiqlədi
  03 Oktyabr 2022    Oxunub:883
Rusiya Dövlət Duması Xerson və Zaporojye vilayətinin, "LXR" və "DXR"-in Rusiyayanın tərkibinə daxil edilməsi haqqında sazişi ratifikasiya edib.
Sənədlər sentyabrın 30-da Moskvada imzalanıb. Orada digər məsələlərlə yanaşı, ərazilərin sərhədlərinin müəyyən edilməsindən bəhs edilir.

Respublikaların və bölgələrin sərhədləri onların yarandığı və Rusiya Federasiyasına qəbul edildiyi gün mövcud olan ərazinin sərhədləri ilə müəyyən ediləcək. O da qeyd olunur ki, Rusiyaya qəbul olunduğu gündən indiki adlarını saxlayacaq iki respublika və iki bölgə formalaşacaq.

Onların başçıları qubernator statusu alacaq və 10 gün ərzində Rusiya Federasiyasının Prezidenti tərəfindən təyin ediləcək.

Regional hökumətlər Rusiya qanunvericiliyinə uyğun olaraq səlahiyyətlərini icra edən qubernatorlar tərəfindən formalaşdırılacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti