“Müzəffər Əsgərimiz” layihəsi regionlarda – FOTOLAR

“Müzəffər Əsgərimiz” layihəsi regionlarda –    FOTOLAR
  05 Oktyabr 2022    Oxunub:248
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin regionlarda təqdimatı davam edir.
Birliyin Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, indiyədək layihə çərçivəsində hazırlanmış videoçarxların ümumilikdə 17 şəhər və rayonda, 1000-ə yaxın gəncin iştirakı ilə təqdimatı baş tutub. Anım Günü çərçivəsində keçirilən təqdimatların 8 Noyabr – Zəfər Gününədək respublikamızın bütün bölgələrini əhatə etməsi planlaşdırılır.
Qeyd edək ki, “Müzəffər Əsgərimiz” layihəsinin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini dərin ehtiramla yad etməkdir.

AzVision.az

Qalereya


Teqlər:







Xəbər lenti