"Monako şahzadəsini Azərbaycana dəvət etmək istəyirik" - Dünya şöhrətli sirk ustası

    "Monako şahzadəsini Azərbaycana dəvət etmək istəyirik" -    Dünya şöhrətli sirk ustası
  05 Oktyabr 2022    Oxunub:451
Bu gün Bakı Dövlət Sirkində yeni mövsümün açılışına dair görüş keçirilib. Sirkin direktor əvəzi Nahid Ağayev sirkdə baş verən və olacaq yeniliklərdən söz açıb.
Bildirib ki, Bakı Dövlət Sirkinə “Beynəlxalq Sirk: Festival Qalibləri” adlı beynəlxalq sirk proqramı gəlir.

“Beynəlxalq Sirk
: Festival Qalibləri” adlı sirk proqramının təşkilatçısı dünya şöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının ali mükafatları laureatı Allahverdi İsrafilovdur.

O qeyd edib ki, beynəlxalq sirk proqramı 2022-ci il 14 oktyabrdan başlayaraq, 27 noyabra kimi davam edəcək.

Bildirilib ki, restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub. Bundan başqa, təmir işləri zamanı sirkin zalının döşəmələri də tamamilə yenilənib.
Bakı Dövlət Sirkində yeni mövsümdə heyvanlarla xüsusi ilə atlarla bağlı şou nümayiş olunacağı üçün onların saxlanılacağı ərazilər dünya standartlarına uyğun şəkildə də təmir olunduğu da vurğulanıb.
Qeyd edək ki, Bakı Dövlət Sirkində restavrasiya işləri mərhələli şəkildə davam edəcək.

"Biz gələcəkdə Avropa və MDB -nın maraqlı sirk proqramlarını Bakıya gətirəcəyik".

Allahverdi İsrafilov isə bildirib ki, Bakı sirki ilin bütün fəsillərində fəaliyyət göstərəcək.

"Sirkin gələcək fəaliyyəti ilə bağlı planlarımız çoxdur. Arzu edirik k, Bakı Sirkində də beynəlxalq festivallar keçirilsin. O cümlədən Monokanın şahzadəsini də Azərbaycana dəvət etmək istəyirik".



Şahanə Rəhimli

AzVision.az

Teqlər:







Xəbər lenti