58 yaşlı kişi 6 aydır itkin düşüb - FOTO

   58 yaşlı kişi 6 aydır itkin düşüb -    FOTO
  01 Noyabr 2022    Oxunub:290
Qazaxda itkin düşən şəxs axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Qazax rayon Aslanbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Oruc Nəsibovun cari ilin aprel ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

O. Nəsibovun əlamətləri belədir: Boyu 175-180 sm, sarışın, arıq bədən quruluşludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (055) 275-74-74 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

AzVision.az

Teqlər:







Xəbər lenti