Qazaxıstanın Şu şəhərində Azərbaycan Evi açılıb

Qazaxıstanın Şu şəhərində Azərbaycan Evi açılıb
  01 Noyabr 2022    Oxunub:214
Qazaxıstanın Şu şəhərində Azərbaycan Evinin açılışı münasibətilə tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az -a bildiriblər ki, “Azərbaycan” Etnomədəni Birliyinin təşkilatçılığı ilə baş tutan mərasimdə soydaşlarımız, yerli ictimaiyyətin nümayəndələri, eləcə də Qazaxıstanın Almatı, Kurday, Taraz və digər bölgələrindən gələn qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən birliyin sədri Alişer Hüseynov və sədr müavini İsmayıl Məmmədov Şu şəhərində Azərbaycan Evinin açılması səbəbindən və vacibliyindən danışıblar. Bu məkanın ərazidə yaşayan bütün azərbaycanlıların bir araya gətirilməsində, daha mütəşəkkil fəaliyyət göstərməsində mühüm rol oynayacağına əminliklərini bildirib, birliyin gələcək fəaliyyət istiqamətləri ilə bağlı planlarını diqqətə çatdırıblar.

AzVision.az

Teqlər:







Xəbər lenti