Danimarkanın baş naziri istefa verib

   Danimarkanın baş naziri istefa verib
  02 Noyabr 2022    Oxunub:482
Danimarkanın baş naziri Mette Frederiksen Folketinqdə (yerli parlament) keçirilən seçkilər nəticəsində istefa verib - bundan əlavə o, hakim Sosial Demokratlar Partiyasının sədri postunu da itirib.
“Seçkilərin nəticələri barədə kraliçaya məlumat verdim. Mən istefa ərizəmi hökumətə təqdim etmişəm”, - Frederiksen bildirib.

Parlament seçkilərinin nəticələrinə görə, Danimarkada sosial-demokratlar hakimiyyətdə qalıblar - ona görə də çox güman ki, Frederiksenin sol mərkəzçi blokun rəhbəri kimi yeni hökumət formalaşdıracaq. Seçkilərdən əvvəl Frederiksen geniş koalisiya hökuməti yaratmağı planlaşdırdığını bildirib.

AzVision.az




Teqlər:





Xəbər lenti