Fransanın mayasında xəyanət var: Ukraynada işin üstü açıldı

 Fransanın mayasında xəyanət var: Ukraynada  işin üstü açıldı
  04 Noyabr 2022    Oxunub:1584
Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra xeyli xarici şirkət rus bazarlarını tərk etdi. Dəyərlərin çox vaxt puldan daha vacib olduğunu göstərən bu brend və şirkətlər gedişləri ilə hərbi kampaniyanın zəifləməsinə töhfə vermiş oldular. Bununla belə, elə istehsalçılar da var ki, bazarda qalaraq rus məhsulları ilə rəqabət aparmaqla, əlavə gəlirlər əldə etmək istəyirlər.

Ukraynanın "Teleqraf" nəşri
bəzi Avropa şirkətlərinin biznes maraqlarını necə öndə tutmasına dair bir neçə nümunə göstərib. Məsələn, qeyd edilir ki, Fransanın quru maya istehsalçısı olan Lesaffre şirkətinin Ukraynada cəmi bir müəssisəsi olduğu halda, Rusiyada dörd zavoda sahibdirlər. Tamamilə məntiqli sual yaranır: onlar Rusiya bazarını tərk edəcəklərmi?

Makron Türkiyəni Rusiya ilə dialoq aparan tək ölkə kimi görmək istəmir
Fransız şirkətinə başqa bir haqlı sual da ünvanlanır: “Xersonun işğalından sonra yerli bazarlarda və çörəkbişirmə müəssisələrində mayaların əsas tədarükçüsü "Angel yeast" (Lipetsk vilayətində istehsal müəssisələri olan Çin şirkəti - red.) və "LeSaffre" oldu. Eyni vəziyyət işğal olunmuş Krımda da yarandı. Onlar bu ərazi vasitəsilə həyasızcasına Xerson vilayətinə məhsul idxal edərək, “öz torpaqlarında” inamla pul qazanırlar. Yaxşı, Çinin siyasətinə təəccüblənmirik, bəs dünya lideri "LeSaffre"yə nə deyək?!"

Araşdırmalar onu da göstərib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin əksər hissəsini uğurla azad etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəsmi videolarında rus əsgərlərinin ərzaq bağlamalarından "LeSaffre"nin istehsal etdiyi "Saf-Moment" məhsulları çıxırmış. Rusiyalı hərbçilərin səngərlərdə mayaya hansı səbəbdən ehtiyac duymaları hələlik məlum deyil. Amma fakt odur ki, fransız istehsalçısı Avropa şirkətləri üçün əsas olan bütün mənəvi və etik davranış sərhədlərini keçib.

Araşdırmanın müəllifləri onu da yazıblar ki, "LeSaffre" şirkəti Krivoy Roqdakı zavoddan əlavə, Ukraynada fəaliyyət göstərən, sahibləri müharibə səbəbindən maliyyə problemi ilə üzləşmiş müəssisələrdən birini də ala bilər. Başqa sözlə, "Lesaffre" qeyri-sabit vəziyyətdən istifadə edərək, Ukrayna bazarının əhəmiyyətli hissəsini zəbt etməyi planlaşdırır.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Fransa   Ukrayna   Şirkət   Maya  





Xəbər lenti