"Bizdə dərmanlar Türkiyədən 7-8 dəfə bahadır" - Deputat

   "Bizdə dərmanlar Türkiyədən 7-8 dəfə bahadır" -    Deputat
  03 Noyabr 2022    Oxunub:668
“İnflyasiya nə qədər olsa da, süni qiymət artımı daha çoxdur. Biz bir neçə təklif verdik. Ərzaq məhsullarının ƏDV-si endirilsin. Buna getmək lazımdır. Biz nə qədər maaşları artırsaq da, artan inflyasiyanın qarşısını ala bilməyəcəyik.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat Azərbaycanda süni qiymət artımı olduğunu bildirib:
"Sosial müdafiədən söhbət gedirsə, hamı pul almır. Bu da nəzərə alınmalıdır. Bizi narahat edən, əsasən, aztəminatlı təbəqədir. Bu təbəqəyə şərait yaratmaq lazımdır ki, ən azından özlərini gündəlik ərzaqla təmin edə bilsin. Baxmayaraq ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir. Bu sahədə ciddi monitorinqlərə ehtiyac var. Necə olur ki, Türkiyədə olan dərman Azərbaycanda 7-8 dəfə baha satılır? Bu, əhalini ən çox narahat edən problemdir”.

Deputat bank faizlərinin də yüksək olduğunu diqqətə çatdırıb: “Sahibkarların əsas problemi kredit faizlərinin yüksək olmasıdır. Azərbaycanda niyə İnvestisiya Fondu yoxdur? Azərbaycanda investisiya fondları yaradılmalıdır, vəsaitlərdən istifadə etmək lazımdır. 20%-lə kredit verirlər. Bu, çox ciddi problemdir. Bank sahəsində digər ciddi problem girov məsələsidir. 5 il girov götürürlər. Bəs sahibkar 5 il nə etsin? Kredit məsələsini həll etmək lazımdır. Rayonlarda hamı istəyir taxıl əksin. Amma adamların vəsaiti yoxdur”.

AzVision.az



Teqlər:





Xəbər lenti