"Ölkədə sonsuzluğun səviyyəsi böhran həddindədir" - Muradyan

   "Ölkədə sonsuzluğun səviyyəsi böhran həddindədir" -    Muradyan
  03 Noyabr 2022    Oxunub:1098
Ermənistanda sonsuzluğun səviyyəsi yüksək olaraq qalır və Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi 15%-lik böhran dərəcəsinə yaxındır. AzVision.az xəbər verir ki, bunu Ermənistanın keçmiş səhiyyə naziri, M. Heratsi adına İrəvan Dövlət Tibb Universitetinin rektoru Armen Muradyan deyib.
Rektor qeyd edib ki, sonsuzluq doğumlarla bağlı artımlara təsir edən ilkin amildir və onunla mübarizə strategiyası səbəb və şəraitin araşdırılmasına əsaslanmalıdır. Muradyan qeyd edib ki, qadınlarda və kişilərdə sonsuzluğun səbəbləri müxtəlifdir.

Qadınlarda bunlar təhlükəli abortlar, uşaqlıq yolu xəstəlikləri, o cümlədən iltihablı xəstəliklər (endometrioz), polikistik yumurtalıqlar, hormonal balanssızlıq, kişi sonsuzluğuna orqan tıxanması, hormonal pozulmalar, varikosel və s. səbəb olur. Rektorun sözlərinə görə, artıq çəki və pis vərdişlər - siqaret, spirtli içkilərdən istifadə də reproduktiv funksiyalara təsir edir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti