İmran Xana sui-qəsd olub, atəş açan yaxalanıb - VİDEO+YENİLƏNİB

İmran Xana qarşı sui-qəsd nəticəsində bir nəfər ölüb

   İmran Xana sui-qəsd olub, atəş açan yaxalanıb - VİDEO+YENİLƏNİB
  03 Noyabr 2022    Oxunub:1780
Cümə axşamı Qucranvala rayonunda Pakistanın keçmiş baş naziri İmran Xana qarşı sui-qəsd nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.
Hindistanın NDTV telekanalı bildirir ki, Xan sağ ayağından aldığı yara ilə Lahordakı xəstəxanaya aparılıb. Həkimlər siyasətçinin həyatına təhlükə olmadığını düşünürlər. Dawn qəzetinin məlumatına görə, ölən şəxsin adı Müəzzəm Nəvazdır, onun kimliyi ilə bağlı məlumat verilmir.
***
Pakistanın keçmiş Baş naziri İmran Xana atəş açan şəxs tutulub.

AzVision.az xəbər verir ki, həmin şəxs kameralara da düşüb. Onun kimliyi barədə hələlik məlumat açıqlanmayıb.

İmran Xanın ayağından yüngül yaralandığı bildirilir.
***
Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.

AzVision.az “CNN Türk”ə istinadən xəbər verir ki, sabiq hökumət başçısının ayağından yaralandığı bildirilib. Keçmiş Baş nazir hadisə yerindən uzaqlaşdırılıb və tərəfdarları onun sui-qəsd cəhdindən sağ çıxdığını açıqlayıblar. Hadisə zamanı daha 4 nəfər yaralanıb.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.

AzVision.az


Teqlər: Pakistan  





Xəbər lenti