Avroliqada ilk qolunu anasına həsr etdi - FOTO

   Avroliqada ilk qolunu anasına həsr etdi -    FOTO
  04 Noyabr 2022    Oxunub:697
"Fənərbaxça"nın gənc futbolçusu Arda Güler Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Dinamo"ya (Kiyev, Ukrayna) vurduğu qolu anasına həsr edib.
AzVision.az xəbər verir ki, bu, həm də 17 yaşlı hücumçunun Avroliqanın qrup mərhələsində ilk qolu olub. Arda 23-cü dəqiqədə qolu vurduqdan sonra formasını qaldıraraq geyindiyi köynəyi nümayiş etdirib. Köynəyin üzərində "Ana, səni çox sevirəm" ("Anneciğim, seni çok seviyorum") sözləri yazılıb.

Arda görüşdən sonra açıqlamasında bu barədə deyib: "Anam 2 ay əvvəl ürəyindən əməliyyat olunmuşdu. Ondan sonra futbol oynamaq, buna köklənmək çətin idi. Özümə söz vermişdim ki, ilk qolumu anama həsr edəcəyəm".

Qeyd edək ki, "Fənərbaxça" ötən gecə "Dinamo"ya qalib gəlib - 2:0. İstanbul təmsilçisi qrupu lider kimi tamamlayıb və 1/8 finala adlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti