Elnur Əliyev məsuliyyətə cəlb edildi : Yaşayış yerini tərk edə bilməz

      Elnur Əliyev məsuliyyətə cəlb edildi   : Yaşayış yerini tərk edə bilməz
  04 Noyabr 2022    Oxunub:1017
Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev sərbəst buraxılıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə məsuliyyətə cəlb edilib və barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub. Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti