"Ruslar Ukraynada ciddi problemlərlə üzləşirlər" - ISW analitikləri

   "Ruslar Ukraynada ciddi problemlərlə üzləşirlər" -    ISW analitikləri
  04 Noyabr 2022    Oxunub:671
Rusiya ordusu Ukraynadakı döyüşlər zamanı xeyli sayda şəxsi heyət itkisi ilə paralel olaraq ağır hərbi texnikanın təchizatı məsələsində də aşkar problemlərlə üzləşir.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibələrin Araşdırılması İnstitutunun (ISW) hesabatında məlumat verilib. Analitiklər Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatlarına istinad edərək yazırlar ki, Rusiya oktyabrın ortalarından hər gün 40-dan çox zirehli texnika itirir.

Britaniya kəşfiyyatı rusların hər gün nə qədər texnika itirdiyini açıqladı
"Son həftələrdə Rusiya Federasiyası Belarus anbarlarından 100 tank və zirehli texnikanın tədarükü ilə bağlı danışıqlara əl atıb", - ekspertlər qeyd ediblər.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri də bəyan edib ki, ruslar anbarlarında yatıb qalan və müvafiq texniki baxışlardan keçməmiş hərbi texnikaları çıxarmağa başlayıblar. Bu da rus ordusunun çətin vəziyyətə düşməsindən xəbər verir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti