İşçi “Apple” şirkətinə 17 milyon dollar ziyan vurub

İşçi “Apple” şirkətinə 17 milyon dollar ziyan vurub
  04 Noyabr 2022    Oxunub:290
“Apple”ın keçmiş işçisi şirkətə 17 milyon dollar ziyan vurduğunu etiraf edib.
Bu barədə ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir. Qeyd olunub ki, Dhirendra Prasad 2011-ci ildən 2018-ci ilə qədər qanunsuz sxemləri haqqında ətraflı danışıb. 52 yaşlı Prasad Apple-ın qlobal təchizat zəncirində çalışıb. O rüşvət aldığını, hesabları çox yazdığını və korporativ komponentlərinin oğurladığını etiraf edib.

Həmçinin, keçmiş işçisi bildirib ki, o, qüsurlu xidmətlər üçün saxta hesab-fakturalar yaradıb - şirkət onların haqqını ödəyib və bütün məbləği Prasad özü alıb.

Müstəntiqlərin fikrincə, o, komponentləri oğurlayaraq təchizatçıya göndərib, orada yenidən qablaşdırılaraq yeni məhsul adı altında Apple-a satılıb.Apple-ın keçmiş əməkdaşını 20 ilə qədər həbs gözləyir.

AzVision.az


Teqlər:







Xəbər lenti