"TikTok" a qoyulmuş qadağa aradan qaldırıldı

  "TikTok" a qoyulmuş qadağa aradan qaldırıldı
  05 Noyabr 2022    Oxunub:808
Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır.

AzVision.az



Teqlər: Tik-Tok   Azərbaycan  





Xəbər lenti